“Qələbə qazana bilməməyimiz də bir neçə amilin rolu var. Meydana heç də həmişə tam heyətlə çıxa bilmirik. Cəza və ya zədə səbəbindən futbolçularımız oyunları buraxmaq məcburiyyətində qalır”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in kapitanı Tural Axundovdur Topaz Premyer Liqanın XXXI turunda “Sumqayıt”la keçiriləcək oyundan öncə kapazpfc.az saytına açıqlamasında deyib.
“Komandada yorğunluq da var. Bu da oyunumuza təsirini göstərir. Amma “Sumqayıt”la oyunda əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə qazanaq. Meydanda sanki ölüm-dirim savaşı olacaq. Qələbə qazanmağa çalışacağıq. Bunun üçün əlimizdən gələni etməliyik” – deyə o qeyd edib.
Gəncə təmsilçisi çempionatda son üç oyunda qələbə qazana bilməyib. Axundov artıq vəziyyəti düzəltməyin vaxtı çatdığını deyib: “Uzun marafon finişə doğru yaxınlaşır. Hər itirilən xal sonda baha başa gələ bilər. Bunu anlayırıq, onu da yaxşı başa düşürük ki, daha xal itirmək olmaz. Avropa Liqasında oynamaq üçün turnir cədvəlində üçüncü yerə qalxmaq istəyirik”.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar