Nazarov komandasını məğlubiyyətdən xilas etdi

Nazarov komandasını məğlubiyyətdən xilas etdi
XƏBƏR 23 Aprel 2016 / 00:05 5735
-  A +

Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" bu tur səfərdə "Bohum"la qarşılaşıb.

Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Qonaqların qolunu D.Nazarov vurub. Matçın 60-cı dəqiqəsində meydana daxil olan millimizin yarımmüdafiəçisi 87-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
 
Qeyd edək ki, "Karlsrue" 43 xalla 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər
topaz banner