Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 31-ci turunda "Qarabağ"la oyundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqqında nə deyə bilərəm? Qarşılaşma "Qarabağ"ın tam üstünlüyü ilə keçdi. Bizdən fərqli olaraq onlar çoxlu qol fürsətləri yarada bildilər. Əsas heyətin futbolçularından 6 nəfəri yox idi. Abbas Hüseynov, İlkin Qırtımov, Nizami Hacıyev, Kamran Ağayev kimi futbolçularımız zədəlidir. Bu da oyun keyfiyyətimizə təsir göstərdi. Qarşıdakı matçda daha yaxşı oyun sərgiləməyə çalışacağıq.
- Zəif nəticəyə səbəb kimi çox yüklənməni göstərmək olar?
- Yüklənmə yoxdur. Sadəcə, Elnur Abdullayev uzun müddət xəstə idi. Topa zərbə vuranda əzələsini dartdı. Seçim imkanımız çox azdır. Məsələn, İlkin Qırtımov bütün mövsüm oynayıb.
- Sərtan Taşkının oyununu necə dəyərləndirərdiz?
- Yaxşı oynadı. "Kəpəz"lə oyunda da yaxşı oynamışdı. Ona hansısa etirazım yoxdur.
- Demək olar ki, "İnter" çempionatı kuboka qurban verdi?
- Zədələri əsas səbəb kimi göstərmədim. Bu, sadəcə, səbəblərdən biridir. Bizim üçün hər iki turnir əsasdır.
- Komanda bu il avrokuboklara buraxılmayacaq. Futbolçuları oyunlara motivasiya etmək çətin deyil ki?
- Bildiyimə görə, şansımız hələ tükənməyib. Hələ avrokuboklara qatılmaq şansımız var. Komandanı gücləndirməliyik. Gördüyünüz kimi ehtiyat oyunçular skamyamızda ancaq bir neçə gənc oyunçu var.
- UEFA-nın sanksiyası qüvvədə qalsa, komandadakı gələcək taleyiniz necə olacaq?
- Hələ ki bu barədə heç nə deyə bilmərəm. Komanda rəhbərliyilə danışdıqdan sonra bir söz demək olar.
- Kvekveskiri komandaya sizə görə gəldiyini demişdi. Siz komandadan getsəz, o da gedəcək? Bir də ki Xizanaşvili son oyunlarda müdafiədə səhvlərə yol verir...
- Bu barədə Zurabla (Xizanaşvili) fasilədə danışdım. Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidir. Bu, digər oyunçulara da təsir göstərir. O ki qaldı Kvekveskiriyə o, hələ ki komandada qalmaq istəyir.
- Ağabala Ramazanovu komandanızda görmək istəyərdiz?
- Bir çox azərbaycanlı futbolçu var ki məmnuniyyətlə heyətimizdə görmək istəyərdim ki, Ağabala da onlardan biridir.
- Demək olar ki, Fomenko mövsümün sonunda gedəcək?
- Bunun üçün o, stabil oyun sərgiləməlidir.
Mənbə: sportal.az
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı