"Qəbələ" 1/4 finalda

"Qəbələ" 1/4 finalda
XƏBƏR 22 Aprel 2016 / 00:22 4195
-  A +

“Qəbələ”nin aşağı yaş qrupları üzrə olan komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çempionluğu 2 tur əvvəl təmin edən U-16-nın qələbə seriyası qırılıb.

Keçirdiyi 26 matçın hamısında qalib gələn “qırmızı-qaralar” “Neftçi” ilə ev oyununda 0:1 hesabı ilə uduzub. 27 turdan sonra komandanın hesabında 78 xal var. U-15 də çempion titulu ilə 2-ci matça çıxıb. “Qəbələ” Siyəzənin “Neftçi” İK İB komandasını 3:0 hesabı ilə məğlub edib. Bununla da “qırmızı-qaralar” 33 oyundan sonra xal hesabını 97-yə çatdırıb.

“Sumqayıt”la ev oyununda 1:2 hesabı ilə uduzan U-17 24 oyundan sonra 57 xalla 3-cü pillədə qərarlaşıb. U-19 Liqada 18 oyundan 49 xal toplayan “Qəbələ” 2-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” 1 xal geridə olduğu liderdən 3 oyun az keçirdiyindən yarışın potensial lideridir.

U-10 Liqasında final mərhələsinə start verilib. 1/8 finalda “Daşqın”la üz-üzə gələn “Qəbələ” hər iki oyunda rəqibinə qalib gəlib. Komanda evdə 3:0, səfərdə 9:2 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib.

Son xəbərlər
13.02.26  19:49

Mbappe sabah oynayacaq?

topaz banner