"Xəzər Lənkəran"ın zədəliləri sıraya döndü

"Xəzər Lənkəran"ın zədəliləri sıraya döndü
XƏBƏR 20 Aprel 2016 / 15:16 2751
-  A +

Premyer Liqanın XXXI turunda “Qəbələ”ni qəbul edəcək “Xəzər Lənkəran” bu gün hazırlığa start verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda iki günlük istirahətdən sonra Lənkərandakı bazasında gündə bir dəfə olmaqla məşqlərini davam etdirir.

Son səfər matçında zədələnən futbolçular- Vüqar Bəybalayev və Nodar Məmmədov həkim nəzarəti altında fərdi məqşlərə artıq başlayıblar. Hər iki futbolçunun matçda iştirakı oyun günü bəlli olacaq.

Xatırladaq ki, “ Xəzər Lənkəran”- “ Qəbələ” matçı aprelin 23-də “Xəzər Lənkəran” Mərkəzi Stadionunda  keçiriləcək.

Son xəbərlər
13.02.26  19:49

Mbappe sabah oynayacaq?

topaz banner