Bakı Olimpiya Stadionu ən yaxşı idman qurğularından biri kimi beynəlxalq mükafatlar almaqda davam edir.
Qol.az-ın SOCAR-ın mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, Bakı Olimpiya Stadionu dünyanın ən möhtəşəm idman qurğularından biri kimi, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Yüksək standartlara uyğun şəkildə tikilən və dizayn edilən stadion ən müasir texnologiyalarla və infrastrukturla təchiz olunub.
Layihə bir sıra parametrlərinə görə artıq iki ildir nüfuzlu beynəlxalq müsabiqələrin qalibi seçilir. Ötən il inşaat sahəsində böyük nüfuza malik “Engineering News Record” (ENR) jurnalının “İlin ən yaxşı inşaat və dizayn layihələri” müsabiqəsində “İdman və əyləncə qurğuları” nominasiyasında qalib gələn Bakı Olimpiya Stadionunun nailiyyətləri sırasına yeniləri əlavə olunur.
Stadion bu ilin martında Amerika Mühəndislik Şirkətləri Şurası (ACEC) tərəfindən struktur üzrə ən yaxşı layihə elan edilib. Amerikada mühəndislik xidmətləri şirkətlərini bir araya gətirən bu nüfuzlu təşkilat hər il birləşdirdiyi şirkətlərin iri layihələri arasında müsabiqə keçirir. Bakı Olimpiya Stadionu bu layihədə struktur üzrə mühəndislik xidmətlərini yerinə yetirmiş Tornton Tomasetti şirkətinin müraciəti əsasında iştirak edib. Mükafatlar martın 19-da Nyu-Yorkda keçirilən təntənəli mərasimdə təqdim olunub. Mərasimdə Bakı Olimpiya Stadionunun layihəsi Tornton Tomasetti şirkəti tərəfindən təmsil edilib.
Aprelin 19-da isə Amerika üzrə keçirilən tədbirdə struktur üzrə özünəməxsus nailiyyət əldə etmiş layihə kimi Bakı Olimpiya Stadionunun təqdimatı olub.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video