"Rubin"dən Georgi Hacıya təklif

"Rubin"dən Georgi Hacıya təklif
XƏBƏR 19 Aprel 2016 / 17:27 4285
-  A +

Ötən illərin məşhur futbolçusu Georgi Hacı Rusiyanın “Rubin” klubundan sərfəli təklif alıb.

Qol.az-ın məlumatına görə, bu barədə Rumıniya mətbuatı xəbər yayıb.

Hacının son olaraq çalışdığı “Vitroul” klubun baş direktoru Kristian Bivolaru da yerli mətbuata açıqlamasında bunu təsdiqləyib. O, həmçinin bir türk klubunun da Hacı ilə yaxından maraqlandığını bildirib.

Rumniya futbolunun canlı əfsanələrindən olan Hacı özü “Rubin”in təklifini yüksək qiymətləndirib.

Kazan təmsilçisi 2018-ci ildə 60 illik yubileyini qeyd edəcək. Buna görə də klub qarşıdakı iki il ərzində Hacının rəhbərliyi altında ölkə çempionu olmağı qarşıya məqsəd qoyub. Klub həmçinin, 51 yaşlı mütəxəssisə öz futbol akademiyasına açmağa imkan yaradacağını da söz verib.

Qeyd edək ki, Hacı məşqçi kimi ciddi uğurlar qazana bilməyib. O, futbolçu karyerasını bitirdikdən sonra Türkiyənin "Qalatasaray" və "Bursaspor",  Rumıniyanın "Stuyaua" klublarını, Rumıniya milli komandasını çalışdırıb.

Son xəbərlər
13.02.26  19:49

Mbappe sabah oynayacaq?

topaz banner