“Qəbələ” İdman Klubunun rəhbərliyi – vitse-prezident Fariz Nəcəfov, baş menecer Zaur Əzizov, media və marketinq departamentinin rəhbəri Səməd Nəsibov, akademiya direktorunun müavini Nail Kərimov və akademiyanın baş məşqçisi Halim Fıçıcı Yaponiyanın “Naqoya Qrampus” Futbol Klubunun dəvəti ilə adıçəkilən ölkədə işgüzar səfərdədir.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, səfərdə məqsəd “Qəbələ”ni Yaponiya futbolu və “Naqoya Qrampus” klubu ilə yaxından tanış etmək və klubların təcrübəsini bölüşməkdir.
“Qəbələ” rəsmiləri bu gün səfər çərçivəsində öncə klubun bazasını gəzib və əsas komandanın məşqini izləyib. Ardınca “Naqoya Qrampus”un baş məşqçisi Takafumi Ogura və “Qəbələ” Futbol Akademiyasının sabiq direktoru, hazırda “Naqoya Qrampus”da icraçı direktor və yardımçı məşqçi vəzifəsini yerinə yetirən Stenli Brardla görüş keçirilib. Görüşdə klublar arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Təmsilçilərimiz daha sonra klub akademiyasını ziyarət ediblər. Akademiyanın şəraiti, məşq prosesi və iş rejimi ilə tanış olan heyət ardınca “Toyota” stadionuna yollanıb. Burada təmsilçilərimizə stadion haqda ətraflı məlumat verilib. Bildirilib ki, “Naqoya Qrampus” hazırda oyunlarını rəqibə və azarkeş marağına görə iki stadionda keçirir. Daha vacib və böyük azaerkeş marağına səbəb olan oyunlar 40 min tutuma malik “Toyota” arenada keçirilir. Nisbətən az marağa səbəb olan matçlar isə 20 minlik “Palomo Mizuho” stadionunda baş tutur.
İşgüzar heyət sabah Yaponiya Kuboku çərçivəsində keçiriləcək “Naqoya Qrampus”-“Vanforet Kofu” matçını izləyəcək. Oyun zamanı “Naqoya Qrampus”un prezidenti Kazumasa Kume ilə görüş planlaşdırılır.
Qeyd edək ki, “Qəbələ” rəsmilərinin səfər xərcini təşkilatçı “Naqoya Qrampus” klubu öz üzərinə götürüb.
Yuxarı
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu