AFFA Klublar Komitəsinin növbəti iclasından sonra sədr Fikrət Hüseynov jurnalistlərin suallarını cavablandırıb.
- Media Komitəsinin nümayəndələri çıxdıqdan sonra içəridə qızğın müzakirələr başladı. Hətta, səsi bizə qədər gəlirdi. Nə baş verirdi?
- İcraiyyə Komitəsində legionerlərin limiti ilə bağlı verilən qərar idi. Bu qərar 5-6 aydı ki, müzakirə olunur. Elxan Məmmədov və Ramin Musayev də indiyə kimi müzakirələrimizdə iştirak edib. Biz inanırdıq ki, İcraiyyə Komitəsinin iclasında legionerlərə qoyulan rüsumun azaldılması ilə bağlı qərar qəbul olunacaq. Amma təəssüflər olsun ki, hər hansı qərar qəbul olunmadı. Biz bununlabağlıişçi qrupu yaradacağıq. Həmin işçi qrupunun iştirakçıları arasında "Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov, "Qəbələ”nin vitse-prezidenti Faariz Nəcəfov və mən yer alacağıq. 10 gün ərzində Elxan Məmmədovla görüşüb, ortaq məxrəcə gəlməyə çalışacağıq. Daha sonra isə İcraiyyə Komitəsinin 2-3 üzvü ilə müzakirələr aparacağıq. Ola bilsin ki, iyun ayında İcraiyyə Komitəsi yenidən yığılsın və biz bu məsələləri yenidən müzakirə edək.
- Superkubokun keçirilməsi ilə bağlı məsələ nə yerdə qaldı?
- Bu məsələ müzakirə olunmadı. Bunu, yaxın zamanlarda PFL prezidenti Ramin Musayevlə söhbət edəcəyik.
- AZAL kasad büdcə ilə çox uğurlu mövsüm keçirir. Buna baxmayaraq komandada maaşlar və mükafatlar çox gec verilir. Bunun səbəbi nədir?
- Mövsümün əvvəlində klubun strategiyasını dəyişdik. Mövcud vəizyyətlə bağlı baş məşqçimiz Tərlan Əhmədovu məlumatlandırdıq. O, ağır yükün altına girdi və çox döyüşkən kollektiv formalaşdırdı. Biz cari mövsüm avrokuboklarda iştirak edə bilərik. Rəhbərliklə 2 həftə ərzində bu barədə görüşümüz olacaq və komanda güclənəcək.
- AZAL avrokuboklara vəsiqə qazansa, bu turnirdə iştirak edəcək?
- Əlbəttə.
- Əsas sponsorların axtarışı ilə bağlı son durum necədir?
- Strategiyamızı dəyişmişik. Biz belə istəyirik. Niyə də bu futbolçularla avrokuboklarda iştirak etməyək? Çünki, bu vəsiqəni özləri qazanıb.
- Düşünmək olarmı ki,komanda Avroliqaya vəsiqə qazansa, budcə artırılacaq?
- Xeyr, buna görə yox. Düzdür, vəsiqə qazansaq, daha da güclənəcəyik. Komandaya elə futbolçular ala bilərik ki, gənc oyunçularımız onların yanında təcrübələrini artırsın. Vəziyyətdən asılı olmayaraq, 4-5 futbolçu ilə yollar ayrılacaq.
- Gündəlikdəki məslələrdən biri də 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Bakıda keçiriləcək Avropa çempionatıdır. Bununla bağlı hansı işlər görüləcək?
- Bu məsələ ilə bağlı ümumi söhbət etdik. Bütün klublarımız dəstək olmaq üçün əlindən gələni edəcəklər (Sportnet.az).
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video