"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk AFFA İntizam Komitəsinin tətbiq etdiyi 1 oyunluq cəzanı şərh edib. Ukraynalı mütəxəssis
qərarla bağlı mübahisə etmədiyini söyləyib.
"Texniki zona qaydalarını pozmağa görə cəza verilir və bunu qəbul edirəm. Sadəcə, həmin epizodda 1 addım kənara çıxmağa görə mütləq texniki zonadan çıxarılmalı olduğumu düşünmürəm. Ancaq bir daha qeyd edirəm ki, qərarla bağlı mübahisəm yoxdur və onu qəbul edirəm" deyə 51 yaşlı mütəxəssis vurğulayıb.
Qriqorçuk bildirib ki, ki, karyerasında 2-ci cəzadır: "Əvvəllər Ukraynada "Çernomorets”də işlədiyim zamanı analoji cəzaya məruz qalmışdım. Hansı oyunda cəzalandığımı bilmirəm, amma "İlyiçevets”lə matçı buraxdığım yadımdadır".
Bu dəfə "Xəzər Lənkəran”la Azərbaycan Premyer Liqasının XXXI tur qarşılaşmasında texniki zonada ola bilməyəcək baş məşqçi bunda problem görmədiyini əlavə edib: "Onsuz da biz məşqçilər komandanı birgə hazırlayır, birgə müzakirələr aparır, birgə təhlil edirik. Sadəcə, Lənkərandakı oyunda texniki zonadan göstərişləri mən yox, köməkçilərim verəcəklər. İnanıram ki, komandam mənsiz də həmin matçda qalib gələcək".
Qeyd edək ki, Roman Qriqorçuk XXX turda "Rəvan"la oyunun 88-ci dəqiqəsində texniki zona qaydalarını pozduğu üçün cəzalanıb (sportnet.az).
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video