"Bakı"nın daha 6 xalı silindi

"Bakı"nın daha 6 xalı silindi
XƏBƏR 19 Aprel 2016 / 12:53 4526
-  A +

Azərbaycan I divizionunda çıxış edən “Bakı” klubunun 6 xalı silinib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, FIFA AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyini bildirib.

FİFA “Bakı” klubu ilə futbolçusu Marius Pena arasında bağlanmış müqavilə şərtlərinə riayət olunmaması səbəbindən klubun cari mövsüm aktivliyindən 6 xal silinməsini tələb edib.

Buna görə də AFFA-nın İntizam Komitəsi “Bakı”nın 6 xalını silməyə qərar verib. Nəticədə "Bakı" turnir cədvəlində 8 xalla sonuncu pilləyə enib.

Qeyd edək ki, bu mövsüm “Bakı”nın aktivindən bir dəfə 6, bir dəfə isə 3 xal silinib (affa.az).

Son xəbərlər
13.02.26  19:49

Mbappe sabah oynayacaq?

topaz banner