"Barselona"nın futbolçusu Neymar cəzalandırıla bilər.
Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, buna braziliyalı futbolçunun La Liqanın 33-cü turunda "Valensiya" ilə oyundan sonrakı davranışı səbəb olub.
Oyun ərzində rəqib futbolçular tərəfindən sərt müdaxilələrə məruz qalan Neymar görüşün final fitindən sonra qələbəni qeyd edən "Valensiya"nın müdafiəçisi Antonio Barraqana yaxınlaşaraq ona sillə vurub. Barraqan da "Barselona"lı futbolçuya cavab vermək istəsə də, komanda yoldaşları buna imkan verməyib. Matçın baş hakimi həmin insidenti oyunun protokolunda qeydə almayıb. Lakin video materiallar əsasında Neymarın cəzalandırılacağı gözlənilir.
Qeyd edək ki, "Barselona" - "Valensiya" oyunu qonaqların qələbəsi ilə yekunlaşıb - 1:2.
Yuxarı
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi