“İnter”də üç yubiley

“İnter”də üç yubiley
XƏBƏR 18 Aprel 2016 / 12:13 1658
-  A +

“İnter”in futbolçuları İlkin Qırtımov və Fuad Bayramov üçün Topaz Premyer Liqasının 30-cu turunun “Kəpəz”lə səfər matçı yubileylə əlamətdar olub.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 1:1 hesabı ilə nəticələnən görüşdə hər iki futbolçu yubiley oyununa çıxıb.

İlkin ölkə çempionatlarında 150-ci qarşılaşmasında iştirak edib. Bu matçlarda 3 qola sevinən müdafiəçi “İnter”lə (27 oyun, 1 qol) yanaşı, “Simurq”un da (123 oyun, 2 qol) formasını geyinib.

Fuad üçün yubiley ikiqat xarakter daşıyıb. O, 1 qol vurduğu Premyer Liqada 50-ci oyununu keçirib. Yalnız bir klubun şərəfini qoruyan yarımmüdafiəçi həm də “İnter”in heyətində 50-ci çempionat matçında iştirak edib.

Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner