"Sumqayıt"ın 50-ci uğursuz səfəri

"Sumqayıt"ın 50-ci uğursuz səfəri
XƏBƏR 18 Aprel 2016 / 11:54 1415
-  A +

Topaz Premyer Liqasının 30-cu turunun AZAL-la qarşılaşması “Sumqayıt” üçün yubiley məğlubiyyəti ilə yadda qalıb.
 
Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Gənclik şəhəri” təmsilçisi səfərdə 50-ci dəfə uduzub.

Premyer Liqada çıxış etdiyi müddətdə rəqib meydanında keçirdiyi 81-ci matçda qeydə alınan 0:1 hesablı yenilgi yubiley uğursuzluğu kimi tarixə düşüb.

İndiyədək səfərdə 9 qələbə qazanan “Sumqayıt” 10-cu, yubiley uğurunu bu dəfə də qazana bilməyib. Doğma arenadan kənarda 22 heç-heçəsi olan sumqayıtlılar rəqib meydanlarında 69 qol vurub, 153-nü buraxıb.

Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner