Tahir Gözəl: "Neftçi"nin qolundan sonra həyəcanlandım"

Tahir Gözəl: "Neftçi"nin qolundan sonra həyəcanlandım"
XƏBƏR 16 Aprel 2016 / 18:17 4247
-  A +

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl komandasının Topaz Premyer Liqanın 30-cu turunda “Neftçi” üzərindəki qələbəsini şərh edib.

Qol.az-ın Futbolxeber.az-a istinadən verdiyi məlumata görə, T. Gözəl oyunla bağlı bunları söyləyib:

"Sözün açığı, "Neftçi"nin qolundan sonra bir qədər həyəcanlandım. Amma sonda qələbə qazandıq. Maraqlı oyun oldu. Qalib gəldiyimiz üçün sevinirik. “Neftçi”ni güclü görmək hər zaman xoşdur. “Qarabağ”ın oyunundan razı qaldım. Komandanın tepmi, fiziki durumu xoşuma gəldi. Buna görə də Qurban Qurbanova minnətdaram”.

Qeyd edək ki, səfərdə "Neftçi"nin qonağı olan "Qarabağ" rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər
13.02.26  19:49

Mbappe sabah oynayacaq?

topaz banner