"Barselona"nın sabiq futbolçusu Xavi Hernandez Kataloniya klubu haqda danışıb.
Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu "Barselona"nın dünyanın ən güclü komandası olduğunu bildirib.
"Barselona"nın paltardəyişmə otağı, oradakı zarafatlar üçün darıxıram. "Barselona" hazırda dünyanın ən güclü klubudur. Bu komanda ilə yalnız "Bavariya" rəqabət apara bilər".
Gələcəkdə baş məşqçi kimi fəaliyyət göstərib-göstərməyəcəyinə də münasibət bildirən Xavi bunları deyib: "Məşqçi kimi işləmək üçün oyunu yaxşı hiss etməlisən. Artıq bu yöndə işlərə başlamışam. Ancaq mən hələ ki, futbolçuyam və daha iki il oynamaq istəyirəm".
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Xavi 2015-ci ildə Qətərin "Əl Sədd" klubuna transfer olunub.
500-cü qolunu vurdu
Bərbad!..
"Kəpəz"dən yeni transfer
“Neftçi”də 3 legioner
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər