"Neftçi"nin sabiq qapıçısı Yaponiyada

"Neftçi"nin sabiq qapıçısı Yaponiyada
XƏBƏR 14 Aprel 2016 / 18:51 6354
-  A +

"Neftçi"nin sabiq qapıçısı Conni Leoninin yeni klubu müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, isveçrəli qolkiper karyerasını Yaponiyada davam etdirəcək.

31 yaşlı qapıçı bu ölkənin "Naqano Parseyro" klubunda oynayacaq.

Qeyd edək ki, Leoni 2013-cü ildə Kiprin "Omoniya" klubundan "Neftçi"yə transfer olunub. Lakin "ağ qaralar"da heç bir oyuna çıxmayan qapıçı daha sonra Portuqaliyanın "Maritimo" klubuna keçib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner