Ronaldo, yoxsa Qrizmann?

Ronaldo, yoxsa Qrizmann?
XƏBƏR 14 Aprel 2016 / 14:09 10288
-  A +

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçlarının ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, siyahıya dörd futbolçunun adı salınıb. Bunlar Kriştiano Ronaldo («Real»), Antuan Qrizmann («Atletiko»), Arturo Vidal («Bavariya») və Kevin De Breynedir («Mançester Siti»).

Qeyd edək ki, Ronaldo “Volfsburq”la oyunda (3:0) 3, Qrizmann “Barselona” ilə matçda (2:0) 2 qol vurub. Vidal “Benfika”(2:2), de Breyne isə  PSJ ilə matçda (1:0) bir qol vurub.

ÇL-də həftənin ən yaxşı oyunçu azarkeşlər arasında keçirilən sorğuda müəyyənləşək.


Qarabağ FK
Son xəbərlər
topaz banner