"Qəbələ" rəsmisinə baş məşqçilik təklifi

"Qəbələ" rəsmisinə baş məşqçilik təklifi
XƏBƏR 14 Aprel 2016 / 14:05 4735
-  A +

"Qəbələ"nin idman direktoru Toni Adams karyerasını Danimarkada davam etdirə bilər.

Qol.az-ın "Evening Standart" nəşrinə istinadən verdiyi məlumata görə, "Arsenal"ın canlı əfsanəsi "Brondbü" klubunun maraq dairəsinə düşüb.

Danimarka təmsilçisindən Adamsa baş məşqçi vəzifəsində çalışmaq təklif olunub. Hətta bu barədə tərəflər arasında danışıqlar da olub. Lakin Adamsın bu təklifi müsbət qarşılamadığı bildirilir.

Qeyd edək ki, Adams daha öncə "Vikomb Uanderers", "Portsmut" və "Qəbələ" klublarında baş məşqçi vəzifəsində çalışıb.


Son xəbərlər
14.02.26  21:00

500-cü qolunu vurdu

14.02.26  20:24

Bərbad!..

topaz banner