Azərbayanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu Fransanın "Lans" klubu iflasın astanasındadır.
Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı məlumata görə, H.Məmmədov ciddi maliyyə problemləri ilə üzləşən komandadakı problemləri həll etməyə çalışsa da, klubun fəaliyyəti üçün lazım olan məbləği tapa bilməyib.
Belədə yeni sponsor axtarışlarına başlayan "Lans"ın prezidenti Jerve Martel Afrikaya gedib çıxıb. Fil Dişi Sahilindən olan iş adamı Çarlz Kader Qura klubun səhmlərini almağa yaxındır.
Omanda biznesi olan Kader Qura İngiltərə, İsveçrə və Belçikada hər hansı bir klubun sahibi ola bilərdi. Lakin Qura klubun daha öncə Fransa çempionu olması, Çempionlar Liqasında çıxış etməsi və həmçinin afrikalı futbolçuların bu komandada oynamaq imkanını nəzərə alaraq sonda "Lans"ı seçib.

Fransa mətbuatının yazdığına görə, Qura aprelin 15-nə qədər bütün işləri yekunlaşdırmaq istəyir. Lakin bunun üçün o, Hafiz Məmmədovla görüşməlidir. Yeni sponsorlar klubun prezidenti Jerve Martelə "Lans"ın bir hissədarı olmağı yox, klubun səhmlərinə tam yiyələnməyi təklif ediblər. Hafiz Məmmədov daha öncə dostluq münasibətlərində olduğu Madrid "Atletiko"sunun rəhbərlərinə "Lans"ın ortaq sahibi olmaq təklifini irəli sürüb. Lakin sonradan bu barədə danışıqlar davam etdirilməyib.
"Lans" son durumu haqda "haqqin.az" saytına danışan H.Məmmədov bunları deyib: "Problemlərin həlli üçün "Lans"a cəmi 5 milyon avro lazımdır. Ancaq Bakıda bu məbləği tapmağım mümkün deyil. Banklar kredit vermirlər. Mən öz mülklərimi girov qoymağa hazıram. Tezliklə klubun maliyyə ehtiyaclarının ödənilməməsi səbəbindən "Lans"ı itirə bilərik. Əgər aprelin 15-nə qədər problemi yoluna qoymasam, görünür, fransızlar məhkəmə yolu ilə klub üzərindəki haqlarımı əlimdən alacaqlar".
Qeyd edək ki, "Lans"ın səhmlərinin Hafiz Məmmədov tərəfindən alınmasından sonra klub Fransa idman ictimaiyyətində yenidən populyarlıq qazanıb. Komanda 2-ci liqada uğurlu çıxış edərək Fransa 1-ci liqasına vəsiqə əldə edib. Lakin daha sonra H.Məmmədovun üzləşdiyi maliyyə problemləri səbəbindən sonra komanda yenidən ikinci liqaya düşüb. Hazırda turnir cədvəlinin 6-ci pilləsində olan "Lans"ın yenidən yüksək liqaya vəsiqə qazanmaq şansı var.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı