Azardan "Real" açıqlaması

Azardan "Real" açıqlaması
XƏBƏR 14 Aprel 2016 / 12:07 7990
-  A +

"Çelsi"nin hücumçusu Eden Azar yeni mövsümdən Madrid "Real"ında oynayacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, xəbəri təkzib edən belçikalı futbolçu "Çelsi"də qalmaq istədiyini deyib:

"Bu şayiələri kimlər yayır, bilmirəm. Ancaq doğru məlumat deyil. Hazırda "Çelsi"nin futbolçusuyam və klubla 4 illik müqaviləm var. Özümü burada çox yaxşı hiss edirəm. Tezliklə yenidən yaşıl meydanlara qayıtmaq istəyirəm".

Qeyd edək ki, 2012-ci ildən "Çelsi"də çıxış edən 25 yaşlı futbolçunun mövsümün sonunda "Real"a transfer olunacağı iddia edilir. 


Dünya Çempionatı 2026
Son xəbərlər
09.06.26  14:07

Xəyal Madridə getdi

topaz banner