"Gücümüz birliyimizdədir" – Şəhriyar Əliyev

"Gücümüz birliyimizdədir" – Şəhriyar Əliyev
XƏBƏR 13 Aprel 2016 / 18:22 2063
-  A +

“Qısa istirahətdən sonra məşqləri bərpa etmişik. Hər şey qaydasındadır, növbəti turun oyununa hazırlaşırıq”. 

Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev klubun rəsmi saytına açıqlamasında deyib.

Topaz Premyer Liqanın 30-cu turunda “İnter”lə keçiriləcək oyun haqda danışan müdafiəçi bunları bildirib: "Uğursuzluğa son qoymaq istəyirik, ona görə də əzmlə məşq edirik. Səhvlərimizi aradan qaldırmağa çalışırıq. Bizim gücümüz birliyimizdədir. Yaxşı nəticələr qazanmağı, Avropaya getməyi biz də istəyirik. Ardıcıl iki matçda uduzduq. Bəlkə bu başa düşüləndir, bəlkə də yox. Çox adam bu hesablarla uduzacağımızı gözləmirdi. Sadəcə, birinci görüşdə bəxtimiz gətirmədi, Ağdam klubu ilə qarşılaşmada isə rəqib çox güclü idi və yaxşı oynadı”.

Əliyev Gəncə azarkeşlərini “İnter” ilə oyuna səsləyib. O, fanatların dəstəyi sayəsində daha yaxşı çıxış etdiklərini vurğulayıb: “Dəstəyə ehtiyacımız var, azarkeşləri stadionda gözləyəcəyik. Biz fanatlarımızla güclüyük. Onlar bizim yanımızda olanda daha güclü oluruq. Gücümüzü bir daha meydanda göstərib, yenidən turnir cədvəlində üçüncü pilləyə qalxmaq istəyirik”. 

Son xəbərlər
14.02.26  21:00

500-cü qolunu vurdu

14.02.26  20:24

Bərbad!..

topaz banner