Emil Balayev mövsümü erkən başa vurdu

Emil Balayev mövsümü erkən başa vurdu
XƏBƏR 13 Aprel 2016 / 12:56 4669
-  A +

Almaniya Bundesliqa təmsilçisi "Ayntraxt"ın azərbaycanlı qapıçısı Emil Balayev üçün mövsüm erkən bitib.

Qol.az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 21 yaşlı qolkiper komandasının dünənki məşqində zədələnib.

Menisk zədəsi ilə üzləşən Balayevin hələlik konkret olaraq hansı müddətə sıradan çıxdığı məlum deyil. Lakin onun cari mövsüm forma geyinə bilməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, Emil Balayev “Ayntraxt”ın heyətində Bundesliqada hələ debüt etməyib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner