Hazırda İngiltərə Premyer Liqasının şəriksiz lideri olan və çempionluğa doğru gedən “Lester Siti”nin futbolçusu Ceyms Vardi komandasının uğurlu çıxışlarının səbəbindən danışıb.
Qol.az-ın məlumatına görə, yerli mətbuata açıqlama verən 29 yaşlı hücumçu əsasən psixoloji amilləri vurğulayıb:
“Komanda olaraq heç vaxt əhval-ruhuyyəmizi aşağı salmırıq. Ən çətin oyunlarda belə üzümüzdə gülüş yaradaraq, özümüzə müsbət enerji veririk. Komanda yoldaşlarımla məşqlərdə zarafatlaşaraq üzərimizdəki təzyiqi yox edirik. Məsələn, isinmə hərəkətləri zamanı Robert Hut yerindən sürət yığanda ona heç kim çata bilmir. Biz də onu alqışlayırıq. İşlərimiz düzgün getməyəndə də, bir-birimizlə zarafat edirik. Bütün bunları bizə Kladio Ranyeri öyrədib”.
Ötən mövsüm çətinliklə Premyer Liqada qalan “Lester Siti” bu mövsüm artıq indidən Çempionlar Liqasına vəsiqəni təmin edib. Premyer Liqanın bombardirlərindən olan Vardi bu haqda da danışıb: ”Belə bir turnirdə iştirak edəcəyimiz üçün çox xoşbəxtik. Bu, bizim üçün böyük uğurdur. İnanıram ki, Çempionlar Liqasında da yaxşı nəticələr əldə edəcəyik. Çünki bütün mövqelərdə oynayan futbolçularımız hər zaman bir-birinə dəstək olur. Belə olan halda isə uğur qaçılmazdır. Qapıçımız Kasper Şmeyxeli də unutmaq olmaz. O, bizim üçün çox iş görür. Demək olar ki, oyun boyu öz mövqelərində diqqətli olmaları üçün futbolçularımıza qışqırır”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu