"Milan" baş məşqçi qərarını rəsmən açıqladı

"Milan" baş məşqçi qərarını rəsmən açıqladı
XƏBƏR 12 Aprel 2016 / 13:45 3696
-  A +

"Milan" baş məşqçisi Sinişa Mixayloviçi istefaya göndərdiyini rəsmən açıqlayıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Milan"ı mövsümün sonuna qədər gənclər komandasının baş məşqçisi Kristian Brokki çalışdıracaq.

Mixayloviç ötən yayda Milan təmsilçisinin baş məşqçi vəzifəsinə gətirilib. Onun komandası geridə qalan 32 turdan sonra 49 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, İtaliya kubokunun finalına vəsiqə qazanan "Milan" həlledici görüşdə "Yuventus"la qarşılaşacaq.


Son xəbərlər
14.02.26  21:00

500-cü qolunu vurdu

14.02.26  20:24

Bərbad!..

topaz banner