Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan birinci divizionunun 21-ci turunda baş verən qayda pozuntuları ilə müvafiq qərarlar çıxarıb.
Birinci divizionun XXI turunun “Zaqatala” – “Şərurspor” matçının 45+2-ci dəqiqəsində “Şərurspor” klubunun 94 nömrəli futbolçusu Babək Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.
Birinci divizionun XXI turunun “Ağsu” – “Bakılı” matçının 76-cı dəqiqəsində “Ağsu” klubunun baş məşqçisi Rüfət Quliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 100 manat cərimələnib.
Birinci divizionun XXI turunun “Şəmkir” – “Neftçala” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 74-cü dəqiqəsində “Şəmkir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimələnib.
Oyun başa çatdıqdan sonra “Şəmkir” klubunun 20 nömrəli futbolçusu Müşfiq Teymurov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “Şəmkir” klubunun həkimi Bayram Bayramov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 500 manat cərimələnib.
“Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayevə İntizam Komitəsi tərəfindən 5 oyunluq texniki zonaya giriş qadağası qoyulub. Lakin “Şəmkir” – “Neftçala” oyununun 68-ci dəqiqəsində “Şəmkir” klubunun cəzalı olan baş məşqiçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq hakimə qarşı öz etirazını bildirib. Bu səbəbdən də baş məşqçiyə verilmiş cəzaya 1 oyun əlavə olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə ona qarşı daha ciddi tədbir görüləcək.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu