"Bir neçə klubdan təklif almışam" – Nelson Bonilla

"Bir neçə klubdan təklif almışam" – Nelson Bonilla
ÖLKƏ FUTBOLU 12 Aprel 2016 / 12:42 6312
-  A +

"Azərbaycanda oynamaq çətindir. Bu ölkənin futboluna uyğunlaşmaq üçün iki dəfə çox çalışmaq lazımdır".

Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin salvadorlu futbolçusu Nelson Bonilla ölkəsinin mətbuatına açıqlamasında deyib.

O, bir neçə klubdan təklif aldığını bildirib. Ancaq buna baxmayaraq, N.Bonilla mövsümün sonuna kimi "Zirə"də qalacağını söyləyib:

"Agentim mənə inanır. Hazırda təkliflər var, ancaq dəqiq heç nə yoxdur".

Qeyd edək ki, N.Bonilla 13 qolla Premyer Liqada bombardirlər siyahısında liderlik edir.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner