Millimiz Makedoniya yığması ilə qarşılaşacaq – rəsmi

Millimiz Makedoniya yığması ilə qarşılaşacaq – rəsmi
ÖLKƏ FUTBOLU 11 Aprel 2016 / 17:42 4547
-  A +

Azərbaycan milli komandasının mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimiz mayın 29-da Makedoniya yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, komadamız hazırlıq prosesi çərçivəsində iyunun 3-də Kanada yığması ilə də yoldaşlıq oyunu keçirəcək.

 

Daha çox


Son xəbərlər