Kompani yenə oynamayacaq

Kompani yenə oynamayacaq
XƏBƏR 11 Aprel 2016 / 17:06 2143
-  A +

"Mançester Siti"nin müdafiəçisi Vensan Kompani Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab görüşündə iştirak etməyəcək.

Qol.az-ın klubun rəsmi "tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, buna belçikalı futbolçunun zədəsini hələ də sağaltmaması səbəb olub.

Bir aya yaxındır yaşıl meydanlardan kənarda qalan Kompani sabahkı görüşdə də komandasına kömək edə bilməyəcək. Onunla yanaşı, zədəsi olan Rahim Sterlinqin də PSJ-yə qarşı forma geyinməyəcəyi gözlənilir.

Qeyd edək ki, sabah keçiriləcək "Mançester Siti" - PSJ oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında Parisdə baş tutan görüşdə 2:2 hesabı qeydə alınıb.


Son xəbərlər
14.02.26  21:00

500-cü qolunu vurdu

14.02.26  20:24

Bərbad!..

topaz banner