"Zirə”nin salvadorlu futbolçusu Nelson Bonilya Premyer Liqada "Rəvan”la oyundan sonra jurnlistlərin suallarını cavablandırıb.
- Sənin üçün uğurlu oyun haqda nə deyərdin?
- "Rəvan” oyunun əvvəli bizə çətin gəlirdi. Çünki rəqib son pillədə olduğundan birinci diviziona düşmək uğrunda mübarizə aparır. Başladığımız ritmi sonradan saxladıq və hər şey bizim üçün istədiyimiz kimi nəticələndi.
-Artıq 13 qolla bombardirlər siyahısına başçılıq edirsən. Özünə kimisə rəqib görürsən?
-Biz səylə çalışırdıq və artıq bunun nəticəsini görürəm. Bombardirlər siyahısına başçılıq edirəm. Ancaq mənim üçün bundan da önəmli şeylər var. Məsələn, komandanın çempionatı mümkün qədər pillələrdə başa vurması.
-Səncə, 29 tura 13 qol az deyil?
-"Zirə”yə transfer olunanda məqsədim bacradığım qədər kömək etmək idi. Əgər buna etdimsə, buna şükür edirəm. Hər halda, komandanın nailiyyəti mənim üçün daha vacibdir.
-Son 3 turda qol vurmamışdın və "Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana bu tur sənə gəlib çatdı. Bəlkə bu, səndə bir qıcıq yaratdı, stimul oldu ki, belə coşdun və ondan xeyli araladın?
-Yox. Son olaraq "Qəbələ” ilə səfər matçında dubl etmişdi. Bundan sonra millidə oldum. Qayıdandan sonra yalnız bir oyunda qol vurmamışdım.
- Həm özünün Azərbaycanda, həm də "Zirə”nin Premyer Liqada ilk het-ttrikinə imza atdın. Bu göstərici onun üçün deməkdir? Ümumiyyətlə, sonuncu het-trikini xatırlayırmı?
-Öz ölkəmdə bir dəfə het-trikə imza atmışdım. Ancaq Salbavordan kənarda ilk het-trikimdir. Bu baxımdan göstərici mənim üçün önəmlidir. Avropada dubl etmişəm.
-Het-trik etdiyin topu özünlə götürdün. Yəni sənə uğur gətirən topu özündə saxlamağı vacib saydın...
- Dünya futbolunda bir növ adətdir ki ki, het-trikdən sonra topu özünlə götürürsən. Vaxt gələcək, biz yaşlaşacağıq, futbolu buraxacağıq. Onda bu topu öz nəvələrimə göstərəcəyəm ki, mən Azərbaycanda olduğum müddətdə onunla het-trikə imza atmışam.
-Həmin topu kiməsə hədiyyə edəcəksən?
-Sadəcə, bir xatirədir. Top Salvadorda qalacaq.
-İkinci hissədə "Rəvan”ın müdafiəçisi ilə mübahisə etdin. Nəyə görə əsəblərini cilovlaya bilmirsən?
-Bu, mənim xarakterimdən irəli gəlir. Məsələn, futbol yox, başqa işlə məşğul olsaydım, bəlkə də belə olmazdım. Futbol sırf mənim işimdir. 17 yaşımda Salvadorda birinci divizionda debüt etmişəm. Onda da eyni xarakter nümayiş etdirirdim. Həmin vaxt da belə hallar tez-tez olurdu. Bu, özümdən asılı olan bir şey deyil.
-Epizodların birində komanda yoldaşına "topu ötür mənə” edim. Belə çıxır ki, artıq Azərbaycan dilində öyrənməyə başlamısan?
-Çox az bilirəm. Əsasən futbol terminləridir.
-Azərbaycanda son baş verən hərbi olayla bağlı məlumatın varmı? Yoxsa hər kəs belə edir deyə sən də qoldan sonra əsgər salamı verdin?
-Təbii ki, xəbərim vardı. Azərbaycanda yaşaya-yaşaya xəbərin olmaması mümkün deyil. Mənim ailəm, ilk növbədə anam Azərbaycanda olanlarla bağlı müəyyən narahatlıq hissi keçirir. Ümidvaram ki, bu münaqişə yaxın vaxtlarda ikitərəfli dialoq nəticəsində sizin xeyrinizə həll olar.
- "Zirə" ilə müqavilənin müddəti nə vaxt bitir?
- Anlaşmamım müddəti "1+1” şərtilədir. Gələcək karyeramla məsələni mənimlə çalışan insanlar, menecerlər daha yaxşı bilərlər. Bunu həmin insanlarla, klub rəhbərliyi ilə görüşəndən sonra həll edəcəyəm. Hazırda konsentrasiyanı qarşıdakı mühüm oyunlara yönəltmişəm. Ona görə də müqavilə məəslələrim haqda hələ danışmaq istəmirəm.
- Azərbaycana gələndə tanınmırdın. Ancaq indi adın iddialıların transfer siyahısında hallanır. "Qarabağ”ın səninlə ciddi şəkildə maraqlandığı bildirilir. Buna münasibət bildirərdin...
- İndiki vəziyyətim mənim səylə çalışmağımın nəticəsidir. Hazırda bunun bəhrəsini görürəm. Bu işdə məşqçilərimin, komanda yoldaşlarımın da böyük əməyi olub. İndi bu səviyyədə olduğum üçün onlara da təşəkkür etmək istəyirəm. Transfer məsələmə gəlincə, mövsüm bitəndən sonra istirahətdə olacağam. Gələcək karyeramı mənimlə çalışan insanlar həmin vaxt həll edəcəklər.
Mənbə: sportnet.az
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu