“Biz də arxa cəbhədə vuruşuruq” – Adil Şükürov

“Biz də arxa cəbhədə vuruşuruq” – Adil Şükürov
ÖLKƏ FUTBOLU 10 Aprel 2016 / 16:37 2506
-  A +

"İlk növbədə, dövlətimizə başsağlığı verirəm. Şəhidlər vermişik. Azarkeşlərimiz də bu gün şəhidlərimizi yad etdilər. Biz də Vətənin əsgərləriyik, arxa cəbhədə vuruşuruq. Bizim də işimiz burdadır".

Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqanın 29-cu turunda səfərdə “Rəvan”a qalib gəldikləri oyundan (4:0) sonra deyib.

Gənc mütəxəssis bildirib ki, oyuna hazırlıqlı çıxıblar və rəqibi hərtərəfli analiz ediblər: "Futbolçularımız tapşırıqlarımızı tam yerinə yetirdilər. Bunun nəticəsində qələbə qazandıq. Amma yenə çatışmazlıqlarımız var. Onları növbəti oyunlarda aradan qaldırmağa çalışacağıq".

Şükürov ikinci hissə başlarkən, Nelson Bonilya ilə arasındakı dialoqdan da danışıb: "Ona dəstək olduq ki, özünə inansın. İlk yarıda qol imkanları olsa da, yararlana bilməmişdi. Dedik ki, ilk 5 dəqiqədə qol imkanın olsa, şansından yararlan. O da yararlandı".

Daha çox


Son xəbərlər