Bakı "İnter"i UEFA-nın qərarından şikayət verdi

Bakı "İnter"i UEFA-nın qərarından şikayət verdi
ÖLKƏ FUTBOLU 8 Aprel 2016 / 16:31 2257
-  A +

“İnter” klubu  UEFA CFCB-nin (Klublara Maliyyə Nəzarəti Təşkilatı) İstintaq Palatasının komandanı növbəti üç avrokubok mövsümünün birində iştirak hüququndan məhrum etməsi ilə bağlı apellyasiya şikayəti verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “bankirlər”  İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Qeyd edək ki, martın 30-da UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”PİK-i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum edib.

Daha çox


Son xəbərlər