"Kəpəz" "Qarabağ"la oyuna hazırdır

"Kəpəz" "Qarabağ"la oyuna hazırdır
XƏBƏR 8 Aprel 2016 / 00:35 2183
-  A +

Topaz Premyer Liqanın 29-cu turunda “Qarabağ”ın qonağı olacaq “Kəpəz” qarşıdakı oyunla bağlı hazırlığını yekunlaşdırıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “sarı-göylər” matçın son məşqinə qarşılaşmanın keçiriləcəyi “Azərsun Arena”da çıxıb.
 
Gəncə klubu çempionatın lideri ilə oyunda aparıcı futbolçulardan Junior Martinsin xidmətindən yararlana bilməyəcək. Braziliyalı yarımmüdafiəçi cəzalıdır.
 
Ötən tur AZAL-la görüşü eyni səbəbdən buraxan Budaq Nəsirov isə artıq cəzasını başa vurub. Amma  Nəsirov zədəlidir. Gənc futbolçu tibbi müayinədən keçsə də, onun Ağdam təmsilçisi ilə oynayıb-oynamayacağı dəqiqləşməyib. Nəsirov haqda son qərar bu gün təkrar müayinədən sonra veriləcək. 

Daha çox


Son xəbərlər
14.02.26  21:00

500-cü qolunu vurdu

14.02.26  20:24

Bərbad!..

topaz banner