"İnter" AZAL-la oyuna ciddi itkilərlə çıxacaq

"İnter" AZAL-la oyuna ciddi itkilərlə çıxacaq
XƏBƏR 6 Aprel 2016 / 15:08 1650
-  A +

Bakının “İnter” klubu Topaz Premyer Liqanın 29-cu turunda AZAL-la oyuna ciddi itkilərlə çıxacaq.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, komandanın kapitanı Nizami Hacıyev və qapıçı Kamran Ağayev zədə səbəbindən sözügedən oyunu buraxacaq.

Bundan başqa, uzun müddətdir zədədən əziyyət çəkən və son günlər komanda ilə məşqlərə qoşulan Rauf Əliyevin də qarşıdakı oyunu buraxacağı dəqiqdir.

Həmçinin, gənc hücumçu Qara Qarayev də ayağındakı zədə səbəbindən AZAL-la görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, AZAL-“İnter” matçı aprelin 9-da keçiriləcək.

Son xəbərlər