"Kəpəz"in məşqində şəhidlərimizin xatirəsi yad edildi (FOTO)

"Kəpəz"in məşqində şəhidlərimizin xatirəsi yad edildi (FOTO)
XƏBƏR 5 Aprel 2016 / 17:35 2440
-  A +

“Kəpəz” Topaz Premyer Liqanın 24-cü turunda qarşılaşacağı “Qarabağ” ilə oyunun hazırlığına start verib. 

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gündən Bakıda məşq edir.

Hazırlıq prosesindən öncə cəbhədə baş verən hadisələr nəticəsində şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Erməni qəsbkarlarının əməlləri pislənilib, ordumuzun döyüş meydanında düşmənə layiqli şəkildə cavab verməsi fəxr hissi ilə qeyd olunub.

Cəbhədəki son vəziyyətlə bağlı legioner futbolçulara ətraflı məlumat verilib.






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər