"Barselona"dan Neymar açıqlaması

"Barselona"dan Neymar açıqlaması
XƏBƏR 5 Aprel 2016 / 15:36 7509
-  A +

"Barselona" klubu futbolçusu Neymarın PSJ-yə keçəcəyi ilə bağlı yayılan iddialara cavab verib.

Qol.az-ın məlumatına görə, "Globo Esporte"yə danışan klub prezidenti Yozef Bartomeu braziliyalı futbolçunun digər komandaya keçməsinə icazə verməyəcəklərini bildirib.

O, "Barselona" ilə mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq Neymarın komandada qalacağını deyib: "Əgər hər hansı bir klub Neymarla görüşmək istəyirsə, "Barselona" buna icazə verməyəcək. Neymar komandada qalacaq".

Qeyd edək ki, ötən gün Neymarın meneceri Vaqner Ribeyro futbolçunun PSJ-də oynaya biləcəyini istisna etməyib.


Son xəbərlər
topaz banner