Leroy Corc baş məşqçisiz qaldı

Leroy Corc baş məşqçisiz qaldı
XƏBƏR 5 Aprel 2016 / 15:15 5107
-  A +

Türkiyənin "Göztəpə" klubu baş məşqçisi Öndər Özənlə yollarını ayırıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “Qarabağ”ın sabiq futbolçusu Leroy Corcun da çıxış etdiyi PTT 1-ci liqa təmsilçisini bu addımı atmağa baş məşqçinin cəzalanması vadar edib.

Öndər Özən media vasitəsi ilə "Fənərbaxça" və "Beşiktaş"ın prezidentlərini təhqir etdiyi üçün TFF onu 3 oyunluq cəzalandırıb, 7 min türk lirəsi dəyərində cərimələyib.

Qeyd edək ki, Ö.Özəni köməkçi məşqçi Mehmet Aurelionun əvəzləyəcəyi bildirilir.


Son xəbərlər
topaz banner