Azərbaycanlı futbolçuların Latviya çempionatında ilk qələbəsi

Azərbaycanlı futbolçuların Latviya çempionatında ilk qələbəsi
XƏBƏR 4 Aprel 2016 / 14:32 4213
-  A +

Latviyanın yüksək liqasında 3-cü turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, azərbaycanlı futbolçular Orxan Qurbanlı və Mirabdulla Abbasovun çıxış etdiyi  “Dauqavpils" klubu yeni mövsümdə ilk qələbəsi qazanıb.

Dauqavpils  şəhərinin eyniadlı komandası öz meydanında “Riqa FS”ə 1:0 hesabı ilə qalib gəlib.

Start heyətdə meydana çıxan Orxan 90-cı dəqiqədə əvəzlənib. Mirabdulla isə sona qədər mübarizə aparıb.

Qeyd edək ki, müqavilə ilə “Neftçi”yə məxsus olan hər iki futbolçu Latviya klubunda icarə əsasında çıxış edir.


Qarabağ FK
Son xəbərlər
topaz banner