Eddi İsrafilovun komandasından triller

Eddi İsrafilovun komandasından triller
XƏBƏR 4 Aprel 2016 / 12:30 3344
-  A +

İspaniya Sequndasında 32-ci turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kordoba" klubu səfərdə "Gimnastik"lə qarşılaşıb.

Oyunda qalib müəyyənləşməyib. Səkkiz qolun vurulduğu matç 4:4 hesabı ilə yekunlaşıb. Eddi İsrafilov sarı vərəqə limitini doldurduğu üçün bu görüşdə iştirak etməyib.

Qeyd edək ki, 32 turdan sonra aktivində 48 xal olan "Kordoba" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


Son xəbərlər
topaz banner