“Latsio”nun baş məşqçisi qovuldu

“Latsio”nun baş məşqçisi qovuldu
DÜNYA FUTBOLU 3 Aprel 2016 / 22:24 3324
-  A +

Bu gün “Latsio”nun baş məşqçisi Stefano Pioli istefaya göndərilib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi bu gün A seriyasında “Roma” 1:4 hesablı məğlubiyyətdən sonra belə qərar verib.

Mövsümün sonuna kimi komandaya 39 yaşlı Simeone İnzagi rəhbərlik edəcək. O, bunadək “Latsio”nun gənclərdən ibarət komandasının baş məşqçi olub.

Qeyd edək ki, 31 turdan sonra “Latsio” İtaliya çempionatında 8-ci yeri tutur.


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner