Şahin Diniyev: "Nəticə faciəvi oldu"

Şahin Diniyev: "Nəticə faciəvi oldu"
XƏBƏR 3 Aprel 2016 / 17:16 4045
-  A +

"Danışmaq çətindir. Rəqib qol vəziyyətindən ağıllı şəkildə istifadə etdi. Bu hesab bizə yaraşmır. Növbəti oyunları düşünməliyik. Nəticə faciəvi oldu. Məsuliyyət mənimdir".

Qol.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev AZAL-a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra deyib.
 
O bildirib ki, AZAL xırda səhvlərdən yararlanıb: "Kimsə nəsə etmək istəyirdi. Amma bu meydanda etmək çətindir. Xırda səhvlər etdik. Rəqib bundan yararlandı".


Qarabağ FK
Son xəbərlər
topaz banner