"Neftçi”nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov "ağ-qaralar”ın birillik fəaliyyətindən bəhs edən geniş yazı yazıb. Zaur bəyin yazısında əks olunan məqamların çoxusu gəlişigözəl sözlər, Müşahidə Şurasının fəaliyyətindəki nöqsanların ört-basdır edilməsinə hesablanan manevrlərdi. Amma şəxsən mən cənab Qəhrəmanovun özünə əziyyət verərək əlinə qələm götürməsini, üzv olduğu şuranın "Neftçi”dəki bir ilindən yazı yazmasını alqışlayıram.
Ən azı Zaur bəy özünü hesabat verməyə borclu hiss edib və manevrlərlə olsa belə, bunu reallaşdırıb. Ötən ilin mart ayının 31-dən "Neftçi”yə rəhbərlik edən xalq yazıçısı Çingiz Abdullayev, yaxud da şən və hazırcavab oğlan Bəhram Bağırzadə oxşar addım atsaydı, heç də pis olmazdı. Klubun icraçı direktoru Elnur Məmmədovdan belə bir yazı gözləməyə isə dəyməz. Onsuz da adam çoxdandı üfüqlərdə görmür, Mehman Rəsulovu "tənqid oxları”na və mürəkkəb suallara hədəf edib, özü kölgəyə çəkilib.

Zaur Qəhrəmanovun haqqını verməklə yanaşı, yazısında bir çox faktların təhrif olunduğunu da deməliyəm. Onsuz da zaman-zaman "Neftçi”nin başına gətirilənlərdən, Müşahidə Şurasının "xalq komandası”nı necə çökdürməsi haqda yazmışıq. Bir çox hallarda zamanı qabaqlamaqdan, ciddi proqnozlara müəlliflik etməkdən də çəkinməmişik. Dediklərimiz, yazdıqlarımız hamısı öz təsdiqini tapıb. Bu gün "Neftçi”nin turnir cədvəlində tutduğu pillə, debütant "Zirə”dən 15 xal geridə qalması, AZAL-a belə yuxarıdan aşağı baxması əlavə şərhə əlyeri qoymur. Müşahidə Şurasının "Neftçi”ni sürüklədiyi uçurum o qədər dərindi ki, Zaur bəyin yazısında qeyd olunan "hədəf klubun 80 illiyində Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdir” bəndi yetərincə qeyri-ciddi və gülünc görünür. Səbəblər barədə danışsam, geniş izahatlar versəm, təkrarçılıq etmiş olacam. Cənab Qəhrəmanov "Neftçi”nin bu ilki uğursuzluqlarından danışarkən manatın devalivasiyasına toxunur, valyutamızın və neftimizin dəyərdən düşməsinin onların planlarına təsir göstərdiyini deyir. Amma unutmaq lazım deyil ki, "Neftçi”nin məğlub olduğu "Zirə” də, "Kəpəz” də, "Rəvan” da Azərbaycan klublarıdı. Onların büdcəsi nə devalivasiyadan əvvəl, nə də sonra "Neftçi”ninkindən çox olub. Manatımız dəyərdən düşübsə, digər Azərbaycan klublarının da planlarına və büdcələrinə təsir edib. Ümumiyyətlə, "Neftçi”nin fiaskosunun səbəbləri sırasında maddi çətinliklər heç ilk üç pilləni belə tutmur.

Cənab Qəhrəmanov "Neftçi” nə Arif Əsədovu, nə Samir Əliyevi, nə də Əsgər Abdullayevi Müşahidə Şurası istefaya göndərib” yazır. Zaur bəymi unutqandı, ya bizi unutqan zənn edir? Qəbələdə keçirilən ölkə kubokunun finalından az sonra klubun rəsmi saytında yer alan açıqlamanı xatırlayaq: "Azərbaycan kubokunun finalı çərçivəsində baş tutmuş "Qarabağ” – "Neftçi” matçından dərhal sonra "Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib. Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutmuş toplantıda şura üzvləri – Cəbrayıl Cəbrayılov, Səməd Qurbanov, Mübariz Zeynalov, Bəhram Bağırzadə, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov və icraçı direktorun müavini Mübariz Xudiyev iştirak ediblər. Toplantıda qəbul edilmiş qərara əsasən "Neftçi” PFK-nın baş məşqçisi Arif Əsədovla və məşqçilər korpusu ilə yollar ayrılıb”.
Hamımıza məlumdu ki, "Qarabağ”la oyundan sonra jurnalistlərə açıqlama verən Əsədov istefa vermək niyyətində olmadığını, klubla iki illik müqaviləsinin davam etdiyini bildirmişdi. Eləcə də Samir Əliyevlə Əsgər Abdullayevin gedişinin ətrafında yetərincə müəmmalar var.
Deyəsən, istəmədən təkrarçılıq etməli olacam. Odu ki, yazımı burda saxlamağım məsləhətdi. Çox hörmətli Zaur Qəhrəmanov razılaşmasa da, Müşahidə Şurasının rəhbərlik etdiyi son bir ilin "Neftçi” üçün itirilmiş olduğunu hər kəs yaxşı bilir.
Amal ABUŞOV
Sport7.az
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi