"Bakıda Avropa çempionatının medallarını qazanmaq istəyirik"

"Bakıda Avropa çempionatının medallarını qazanmaq istəyirik"
XƏBƏR 1 Aprel 2016 / 14:36 1954
-  A +

"Qəbələ qazandıqda emosiyalar hər zaman möhtəşəm olur. Özümü xoşbəxt hiss edirəm. Gördüyümüz iş belə nəticə verdiyi üçün çox şadam. Futbolçulara və məşqçilər korpusuna təşəkkür edirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri Ukraynanın U-17 yığmasının baş məşqçisi Aleksandr Petrakov ölkəsinin mətbuatına açıqlamasında deyib.

Ukrayna millisi qrupda birinci pilləni tutmaqla Bakıda 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Komandasının seçmə mərhələdəki çıxışını dəyərləndirən Petrakov qrupda birinci pilləni tutmağın asan olmadığını bildirib: "Qrupu ilk pillədə başa vurmaq asan olmadı. Sadəcə, biz oyunlara yaxşı hazırlaşmışdıq. Xüsusilə də fiziki cəhətdən yaxşı vəziyyətdə idik. Üstəlik rəqiblərimizi tanıyırdıq".

Bakıdakı hədəfləri haqda danışan ukraynalı mütəxəssis Avropa çempionatını medalla başa vurmaq istədiklərini bildirib: "Bakıda məqsədimiz turnirin medallarını qazanmaqdır. Yığmada ulduz futbolçumuz yoxdur, ancaq oyunçular bir-biri ilə dost münasibətindədir. Bu da bizim komandamızın əsas üstünlüyüdür. Aprelin 8-da püşkatma mərasimi olacaq. Konkret arzuladığımız hansısa rəqib yoxdur. Baxıb, görəcəyik bizə hansı rəqiblər düşəcək. Hər şey özümüzdən asılıdır".

Qeyd edək ki, Bakıda təşkil olunacaq Avropa çempionatının oyunları 5-21 may tarixində keçiriləcək.


Son xəbərlər
topaz banner