Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Cəbrayıl rayon sakini, 1994-cü il təvəllüdlü Elşən İsmayılov, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Samir Mustafayev, Şabran rayon sakini 1995-ci il təvəllüdlü Camal Məmmədov, Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Kənan Mədətov və Şərur rayon sakini 1996-cı il təvəllüdlü Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qol.az-ın Lent.az-a istinadən yaydığı xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev isə 9 il il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında Elşən İsmayılov və Arif Babayevə 14 il, Camal Məmmədova 12 il, Kənan Mədətov və Samir Mustafayevə 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası tələb edib.
Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.
“Pley-off”da final günü
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı
Messi Zambiyaya qarşı meydana çıxacaq
Arteta London klubunda qalacaq
"Yuventus" "Mançester Yunayted"in futbolçusuna göz dikdi
PSJ, "Bavariya", yoxsa Səudiyyə Ərəbistanı?
"Sumqayıt"ın Ronaldosu millidə növbəti matçına çıxdı
Azərbaycan millisinin Syerra Leone ilə oyun üçün heyəti
2-ci liqada fantastik hesab - 14:0!
“Mançester Yunayted” Tonali ilə danışıqlara başladı
Azərbaycanın U-17 millisi sonuncu oyununda da heç-heçə etdi
"Qarabağ" uşaqlara da jest etdi
UEFA-dan azərbaycanlı referiyə ilk baş hakim təyinatı
Tudor ən tez qovulan məşqçilər siyahısında
“Normal nəfəs ala bilmədiyimi başa düşdüm” - Luçesku
"Tottenhem"in yeni baş məşqçisi o olacaq
“Syerra Leone zəif rəqib deyil” – Rauf Əliyev
İran FİFA-ya müraciət etdi
Lukaku "Napoli"dən gedir
Azərbaycan – Syerra Leone matçının hakimləri açıqlandı
UEFA-dan Janna d’Ark cəzası! - Video
Bu mövsüm “Qarabağ”a uduzmuşdular - Baş məşqçini göndərdilər
Cermeyn Defo baş məşqçi təyin olundu
Mbappe azarkeşi mühafizəçinin əlindən aldı - Şəkillər
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
Millimizin rəqibi “FİFA Series”in qalibi ola bilmədi
Kolumbiya - Fransa matçında 4 qol
"Şamaxı”nın legioneri darmadağında iştirak etdi
“Quba”dan səfər qələbəsi - Video
Litva Gürcüstana məğlub oldu
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur