“Neftçi” Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyasına son qoyub.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, son 5 matçda qalib gəlməyən paytaxt klubu XXVII turun “İnter”lə görüşündə 1:0 hesabına sevinib.
Sonuncu dəfə fevralın 13-də “Xəzər Lənkəran”la görüşdə 3 xal qazanan “ağ-qaralar” həmin 1:0 hesablı qələbədən sonra 4 dəfə uduzub, 1 dəfə heç-heçə edib. 47 gündən sonra qalib gələn “Neftçi” cari mövsüm üzləşdiyi 6 matçlıq seriyanın təkrarlanmasına imkan verməyib. Belə ki, Azərbaycanın ən titullu klubu V-X turlarda ardıcıl 6 görüşdə qələbə qazanmamışdı. Həmin müddətdə 3 heç-heçə edib, eyni sayda uduzan bakılıların antirekordu isə mövsümün əvvəlində rəsmiləşib. Ötən çempionatın son 7 oyununda qələbəyə həsrət qalan “Neftçi” cari mövsümün ilk 2 turunda bu seriyanı 9-a çatdırıb.
La Liqanı tərk etdilər
Mədinə Sadıqovanın tarixi Avropa çempionluğu
"Araz-Naxçıvan" - "Zirə" matçında vurulan 5 qol - Video
"Gələn il bizim üçün daha rahat olacaq" - Rəşad Sadıqov
"Bu gün hardasa bəxtimiz də gətirdi" - Andrey Demçenko
La Liqada hakim qərarları süni intellektə həvalə edilir
Milliyə kimlər çağrıldı?
"Qarabağ"ın U-19 komandası çempion oldu
"Neftçi" "Kəpəz"ə, "Araz-Naxçıvan" "Zirə"yə qalib gəldi
Acun Ilıcalının komandası Premyer Liqaya yüksəldi
Özbəkistan millisində ciddi itki
43-cü dəfə ölkə kubokunu qazandılar
"Napoli" amerikalı investorların hədəfində
"Neftçi"nin qələbəsindən - Video