"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 27-ci turunda "Rəvan"a 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- "Üçüncü dövrənin son oyunu olduğu üçün narahatlıq var idi. Oyunun gedişində futbolçulardan razı qaldım. Vacib qələbə qazandıq, xalımızı çoxaltdıq. Addım-addınm irəliləmək lazımdır. "Rəvan”a uğurlar arzu edirəm".
- Reynaldonun hazırkı durumunu sizi qane edir?
- Reynaldoya görə şadam. Dönüşünü qolla qeyd etdi. Hazırda optimal formadan uzaqdır. Buna görə də 90 dəqiqə ona güvənə bilmərik. Bu, bir neçə oyun sonra baş verə bilər. Onun sağlamlığı da önəmlidir. Bu səbəbdən həkimlərin məsləhətinə ehtiyacım olacaq. 2-3 oyunda sonra əsas heyətdə meydanda ola bilər.
- Bədavi Hüseynovun millidə kapitanlıq sarğısı taxması xeyli müzakirə olundu. Məsələ ilə bağlı sizin də fikrinizi bilmək maraqlı olardı...
- Bu, mənim müzakirə edəcəyim mövzu deyil. Bu barədə qərarı millinin baş məşqçisi Robert Prosineçki verib. Bunun üstündə çox dayanmağın da mənası yoxdur. "Qarabağ"da da hər hansı futbolçuların olmadığı halda Bədavi meydana kapitan kimi çıxıb.
- Qurban bəy, futbolçu olduğunuz vaxtda, siz qala-qala milliləşdirilmiş oyunçuya kapitanlıq sarğısı verilsəydi, buna reaksiyanız necə olardı?
- Suallar çoxdur. Bu gün biz onlara milliləşdirilmiş kimi baxırıq. Amma onlar millimizin üzvləridi və azərbaycanlı kimi baxırıq. Oyunu ilə bunu haqq edib-etmədiyi də başqa məsələdir. Ümumiyyətlə, kapitan öz oyunu, liderliyi ilə bunu haqq etməlidir. Bəlkə də hardasa yerli oyunçuya təsir edir. Hər bir futbolçu kapitanlığa layiq olmalıdır. Yadınızdadırsa, mən milli komandadan uzaqlaşanda Rəşad Sadıqov 22 ya da 23 yaşında idi. Karlos Alberto Torres digər təcrübəli futbolçuların olmasına baxmayaraq, Sadıqovu kapitan seçdi.
- Ansi Aqollinin yayda müqaviləsi başa çatır. Albaniyalı ilə sözləşmənin müddəti uzadılacaqmı?
- Hələ ki, heç bir futbolçu ilə müqaviləni yeniləmək barədə düşünmürük. Düzdür, Aqollinin mayda müqaviləsinin müddəti başa çatacaq. Azarkeşlər də dediyi kimi, Aqolli, qaqadır, ağdamlıdır. O, elə bir futbolçudu ki, onunla heç vaxt 2-3 illik müqavilə imzalamamışı. Hər il sözləşməsinin müddəti yeniləmişik. İnanmıram ki, hazırda özünü başqa bir komandada təsəvvür etsin. Düzdür, yaşı da çoxdur. Ancaq bütün futbolçularımız Aqolli kimi peşəkar olsa, 38-39 yaşına qədər futbol oynayar.
Mənbə: sport7.az
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı