"İlk hissədə kifayət qədər yaxşı oynadıq" – Qriqorçuk

"İlk hissədə kifayət qədər yaxşı oynadıq" – Qriqorçuk
ÖLKƏ FUTBOLU 30 Mart 2016 / 19:00 3370
-  A +

"Oyunun gedişində nəyisə dəyişmək, rəqibin tempi artırmaq cəhdinə hazır olmaq barədə çox danışmışam. Rəqibin oyunda dönüş yaratmaq istəyəcəyinə hazır olmaq lazımdır".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 27-ci turunda səfərdə AZAL-a 1:2 hesabı ilə uduzduqları oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Ukraynalı mütəxəssis komandasının ilk hissədə daha yaxşı oynadığını bildirib: "Birinci hissədə kifayət qədər yaxşı oynadıq. Bu üzdən dəyişikliklərə ehtiyac yox idi. Fasilədə də dəyişikliklər və oyun planında düzəliş etməklə bağlı tapşırıqlar çox vermədik. Heyəti müəyyənləşdirərkən qeyri-adi heç nə baş verməyib. Hər matçda olduğu kimi meydana ən hazırlıqlı futbolçular çıxmışdı”.

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə