“AFFA yanında Media Komitəsinin hər həftənin çərşənbə axşamı iclası olur. İclasın gündəliyində komitənin səlahiyyətləri daxilində olan müxtəlif məsələlər müzakirə olunur. Çalışırıq ki, müzakirə etdiyimiz məsələlər haqda konkret qənaətə gələk və bütün hallarda obyektivlik qorunsun”.
Qol.az-ın SİA-ya istinadən verdiyi məlumata görə, bunu AFFA yanında Media Komitəsinin sədri, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli deyib.
O, komitənin dünənki iclası haqqında da məlumat verib: “Dünənki iclasda komitənin elan edəcəyi müsabiqənin istiqamətləri (layihələr-red), layihələrin qəbulu zamanı vacib olan sənədlərin siyahısı, komitəyə üzvlüyə qəbulun gedişatı, əsasnamə ilə bağlı mübahisə doğuran məqamlar müzakirə olundu. İclas yetərincə məhsuldar keçdi”.
M. Rüstəmli bildirib ki, komitəyə üzvlük üçün müraciət vaxtı aprelin 4-də sona çatacaq. Onun sözlərinə görə, daha sonra quruma üzv media orqanları arasında müsabiqə elan ediləcək: “Komitəyə üzv KİV-ləri bir araya gətirib, layihələrlə bağlı bütün sualları cavablandıracağıq. Müsabiqənin şərtləri haqqında ətrafı məlumat veriləcək və bütün məqamlarda şəffaflıq qorunacaq”.
Qurum rəhbəri qeyd edib ki, AFFA yanında Media Komitəsi yeni yaradıldığına görə, müxtəlif fikirlərin səslənməsini təbii qarşılayır: “Sədr olaraq bu haqda kiməsə cavab vermək, diskussiyaya girmək niyyətində deyiləm. Yalnız işimizlə Azərbaycanın idman jurnalistikasındakı mövcud arzuolunmaz durumu dəyişməyə, ab-havanı yaxşılaşdırmağa, peşəkarların layiq olduğu qiyməti almasına çalışacağıq. Bunu bacarsaq, özümüzü çox xoşbəxt sayarıq. Bacarmasaq, növbəti seçkidə yerimizi başqaları tutacaq. Necə deyərlər, demokratiyada çarə tükənməz!”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi