Almaniya millisi Bakıya gəlir

Almaniya millisi Bakıya gəlir
XƏBƏR 30 Mart 2016 / 01:51 3564
-  A +

Bu ilin may ayında Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək
Avropa çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib.

Qol.az-ın  məlumatına görə, 4-cü qrupda  Hollandiyaya 1:0 hesabı ilə qalib gələn Almaniya millisi 7 xalla qrup lideri olub. Bununla da almanlar Bakıda keçiriləcək qitə birinciliyinə vəsiqə qazanıb.

Beləliklə, Avropa çempionatının 16 iştirakçısından doqquzunun adına aydınlıq gəlib. Daha öncə Ukrayna, İngiltərə, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç və Belçika , eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.

Son xəbərlər
topaz banner