"Qəbələ"nin polşalı qapıçısı David Pietrzkeviç ölkəsinin mətbuatına müsahibə verib.
Qol.az-ın məlumatına görə, 28 yaşlı qolkiper ölkəmiz və Azərbaycandakı karyerası haqda danışıb.
- Yayda Azərbaycana qayıdaraq, “Qəbələ” ilə müqavilə bağladın. Ancaq deyəsən bu dönüşün uğurlu olmadı...
- Əlbəttə, daha çox oynamaq istərdim. Lakin dönüşümün uğursuz olduğunu deyə bilmərəm. Çünki "Qəbələ" ötən il Avropa Liqasının qrup mərhələsində çıxış etdi, hazırda isə çempionatda yüksək yerlər uğrunda mübarizə aparır. Üstəlik, mən “Qəbələ”yə yay toplanışı zamanı qoşulmuşdum. Həmin vaxt komandanın “skeleti” artıq müəyyənləşmişdi və Avropa Liqasının ilk təsnifat mərhələsini keçmişdilər. Bu mənada, komandanın əsas qapıçısı olmaq çətin idi. Özümü zəif saymıram. Əsas heyətə düşmək üçün əlimdən gələni edirəm. Fikrimcə, mənim də vaxtım gələcək (gülür).
- Azərbaycan oynamış polşalı futbolçuların əksəriyyəti bu ölkəni ekzotik ölkə adlandırır. Sənin üçün orada yaşamaq necə hissdir?
- Azərbaycan fərqli mədəniyyətə sahib ölkədir. Təbii ki, biz polyaklar üçün bura ekzotik ölkə sayılır. Vicdanla deyə bilərəm ki, Azərbaycanda çox yaxşı insanlarla qarşılaşdım. Hansı ki, onlar hər zaman sənə kömək etməyə hazırdırlar. Artıq üç ildir orada yaşadığımdan çox şeyə bələdəm. Azərbaycanda həm varlı, həm də kasıb təbəqə var. Orta təbəqə demək olar ki, yoxdur. Kimin pulu varsa, “Porsche” və “Land Rover” sürür. Kasıblar isə köhnə “Lada” avtomobilini idarə edirlər ki, onların da maşınları hər an yolda qala bilər. Əvvəllər bu mənzərəni izləmək mənim üçün çətin idi. Lakin aylar keçdikcə alışdım və özümü xeyli rahat hiss etdim. Düzünü desəm, Azərbaycanla bağlı isti xatirələrim var.
- Azərbaycanda üzləşdiyin qəribə və ekstremal vəziyyətlər hansı olub?
- Orada hər kəs həyatını istədiyi kimi qurur. Bir də kişilər bir-birləri ilə salamlaşarkən öpüşüb-görüşürlər.
- Şəhərin sakinləri sizin oyununuza gəlirlərmi? Ümumiyyətlə, azərbaycanlıların futbola münasibəti necədir?
- Azərbaycan kiçik ölkədir. Ümumilikdə oyunlarımıza o qədər də çox adam gəlmir. Ancaq əgər komanda yaxşı nəticəyə göstərirsə, stadionda daha çox azarkeş olur. Futbol Azərbaycanda populyardır, ancaq birinci yerdə deyil.
- "Qəbələ"nin Avroliqanın qrup mərhələsində oynadığını bilirik. Orada nümayiş etdirdiyiniz oyunla ölkə çempionatında sərgilədiyiniz futbolun səviyyəsi eyni idi?
- "Qəbələ" tarixində ilk dəfə idi ki, Avroliqanın qrup mərhələsində oynayırdı. Digər komanda “Qarabağ” da bu uğura 1 dəfədən çox imza atıb. Burada keçirdiyim 3 ilə əsasən deyə bilərəm ki, Azərbaycanda futbolun səviyyəsi ildən-ilə yüksəlir. Ancaq iqtisadi böhrana Azərbaycana da təsirsiz ötüşməyib. İndi klublar əvvəlki qədər çox pul xərcləmirlər. Buna görə də, son vaxtlar Azərbaycana az legioner gəlir.
- Sabiq komandan “Simurq”la “Qəbələ” arasında nə dərəcədə fərq var?
- “Simurq” “Qəbələ” ilə müqayisədə böyük klub deyildi, peşəkar səviyyədə idarə olunmurdu. Sadəcə, pul hesabına komanda yarada bilmişdilər. “Simurq” hazırda I divizionda çıxış edir. İndiki məqamda maliyyə vəziyyətləri də yaxşı deyil. Bizim bir yolumuz var idi: məşq etmək və oynamaq. Bazamız o qədər də yaxşı deyildi. Odur ki, “Simurq”u hazırkı komandamla müqayisə etmək düzgün olmaz. Bu faktdır ki, Toni Adams kimi şəxs “Qəbələ”nin inkişafına kömək edir.
- Mövsümün sonunda “Qəbələ” ilə müqavilənin müddəti başa çatır. Karyeranı Azərbaycanda davam etdirəcəksən, yoxsa Polşaya qayıdacaqsan?
- Gələcək karyeramla bağlı heç nə deyə bilmərəm. Çünki hələ qərar qəbul etməmişəm. Təkcə onu deyim ki, özüm və ailəm üçün ən doğru qərarı qəbul edəcəm. Təbii ki, nə vaxtsa Polşaya birdəfəlik qayıtmaq barədə düşünəcəm.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi